"Qüds" xüsusi hərbi birləşməsinə yeni komandir təyin edilib

3-01-2020, 15:29
Oxunub: 124
Bu barədə sərəncamı İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.


İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") "Qüds" xüsusi hərbi birləşməsinin yeni komandiri briqada generalı İsmayıl Kaani olub.

Bu barədə sərəncamı İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.

İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.

Xatırladaq ki, "Qüds"ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti