Pentaqon ABŞ səfirliyini qorumaq üçün İraqa əlavə qüvvələr göndərib

1-01-2020, 09:11
Oxunub: 114
Onun sözlərinə görə, Pentaqon bu məsələ ilə bağlı Dövlət Departamenti ilə sıx işləyir


Pentaqon ABŞ-ın İraqdakı səfirlik işçilərinin təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə əlavə qüvvələr göndərib.

Bu barədə Pentaqon rəhbəri Mark Esper adından yayılan açıqlamada bildirilib.

“Biz müdafiə hüququmuzdan istifadə edərək bu ölkədə (Red- İraq) Amerika vətəndaşlarının, hərbi və diplomatik işçilərinin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər gördük. Səfirliyin işçilərinin təhlükəsizliyi üçün əlavə qüvvələr göndərdik. Bütün ölkələr kimi, biz də hesab edirik ki, ev sahibliyi edən qüvvələr heyətimizin təhlükəsizliyini təmin edəcəkdir. İraq hökumətini müvafiq beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq."

Onun sözlərinə görə, Pentaqon bu məsələ ilə bağlı Dövlət Departamenti ilə sıx işləyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti