Azərbaycan cəlbedici turizm məkanları arasında ilk onluğa daxil oldu

25-12-2019, 15:49
Oxunub: 226
Azərbaycan macərapərəstlər üçün maraqlı ölkə kimi təqdim olunub


Böyük Britaniya Bel Çantalı Səyahətçilər Cəmiyyəti (British Backpacker Society) Azərbaycanı səhayət üçün perspektivli ölkələr arasında ilk onluğa daxil edib.

Azərbaycan macərapərəstlər üçün maraqlı ölkə kimi təqdim olunub.

Qeyd olunub ki, Cəmiyyət Azərbaycanın şimalında dağ kəndlərinə səhayət etmə təklif edir.

Bundan başqa, ölkənin Xəzər dənizinin sahilində yerləşməsi qeyd olunub və şimalda “həyəcanverici dağlar”la, cənubda “heyrətamiz palçıq vulkanları” ilə, qərbdə “maraqlı mədəniyyətlərlə”, şərqdə isə “Qafqazın ən gözəl şəhəri” Bakı ilə əhatə olunduğu vurğulanıb.

Azərbaycanın cəlbediciliyinin əsasında Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində yerləşməsi göstərilib.

Reytinqdə, həmçinin Efiopiya, Rusiya, Bosniya, Qazaxıstan, Özbəkistan, Qazaxıstan yer alıb. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti