Tərtərdəki Rəsulzadə büstü buradan götürülüb- Fotolar

19-06-2013, 14:51
Oxunub: 1264


Məmməd Əmin Rəsulzadənin büstü hal-hazırda Tərtər Rayon İcra Hakimiyyətinin həyətində saxlanılır.


Tərtərdə Azərbaycanın müstəqilliyinin banilərindən biri, Məmməd Əmin Rəsulzadənin büstünün götürlməsi ilə bağlı musavat.com-un xəbəri sosial şəbəkələrdə müzakirə olunmağa davam edir.


Etatist.com-un Tərtər rayonundakı müxbirinin verdiyi məlumata görə heykəlin götürülməsi 2007-ci ildə gündəmə gətirilsə də Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayev buna qarşı çıxıb. Təklifi verən isə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon Şöbəsinin sədri, II qrup Qarabağ əlili, Prezident təqaüdçüsü, Yusibov Suliddin olub. Lakin daha sonralar ora bayraq meydanı kimi düşünülsə də rayondakı bayraq meydanını Tərtərin girişində olması məqbul görülüb.


Məsələ ilə bağlı açıqlama verən Suliddin Yusibov məsələni təsdiqlədi: "Bəli, biz cəmiyyət olaraq həmin yerdə, həmçinin Tərtərdə Milli Qəhrəman Vəzir Orucovun büstünün qoyulmasını istəmişdik. Lakin həmin məsələdə icra başçısı razılıq vermədi və bildirdi ki, orda Rəsulzadənin heykəli var. İndi bu məsələnin şişirdilməsinə ehtiyac yoxdur. Büst götürüləndə məsələni qaldırmaq lazım idi".



Xatırlaq ki, büst 2008-ci ilin əvvəlində İcra Hakimiyyəti tərəfindən götürülüb. Hal-hazırda həmin yerdə Yeni Azərbaycan Partiyası Tərtər şöbəsi üçün bina inşa ediləcək binanın bünövrəsi qazılır.


Qeyd edək ki, Rəsulzadənin büstü 1992-ci ildə Tərtər rayon icra başçısı Sərdar Həmidovun sərəncamı ilə qoyulmuşdu.


Rəsulzadənin büstünün götürüldüyü həmin yerin fotolarımı təqdim edirik:

 

Tərtərdəki Rəsulzadə büstü buradan götürülüb- Fotolar
Tərtərdəki Rəsulzadə büstü buradan götürülüb- Fotolar

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti