Müasir İncəsənət Muzeyində xeyriyyə sərgisi açılıb

23-12-2019, 15:36
Oxunub: 172
gəlir xəstəlikdən əziyyət çəkən Nərminə Kiçikbəyovanın müalicəsinə sərf olunacaq


Müasir İncəsənət Muzeyi və Azərbaycanın tanınmış rəssamı Milena Nəbiyeva “Həyata ümid” adlı xeyriyyə layihəsi təqdim ediblər.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, buna bənzər formatda layihə Azərbaycanda ilk dəfədir keçirilir. Tədbirin təşkilatçısı Milena Nəbiyeva bu cür aksiyanın hər il keçiriləcəyini vurğulayıb. “Həyata ümid” – geniş ictimaiyyətə incəsənət vasitəsilə bir müraciətdir. Rəssamın dediyi kimi, ona ailəsindən məhrum olan uşaqlara yaranmış vəziyyətdən asılı olmayaraq onların həyatının bir çox insanlar üçün mühüm və maraqlı olmasını başa salmaq vacibdir.

Dekabrın 27-dək davam edəcək sərgi xeyriyyə aksiyası xarakteri daşıyır: sərgilənən əsərlərin satışından əldə edilən gəlir xəstəlikdən əziyyət çəkən Nərminə Kiçikbəyovanın müalicəsinə sərf olunacaq. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti