Şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin və avtomobillərin sayı açıqlanıb

22-12-2019, 19:11
Oxunub: 157
Ümumən indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib


Ötən il şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il 50 faiz çox olmaqla onlara 934 mənzil verilməsi nəzərdə tutulub və artıq böyük əksəriyyəti verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən APA-ya verilən məlumata görə, bunu bu gün Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış binalarından alınmış və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzilin bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilməsi mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev  bildirib.

 H. Abdulalyev deyib ki, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7235 mənzil və fərdi ev təqdim edilib.  Eyni zamanda, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilibsə, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb və artıq 500-ə yaxın avtomobil təqdim edilib. Ümumən isə indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti