İsrail Hevronda yeni yəhudi yaşayış məntəqələrinin inşasını planlaşdırır

2-12-2019, 08:36
Oxunub: 48
Yeni yaşayış massivi 1990-cı illərin ortalarında bağlanan bazarın yerində tikiləcək


İsrailin Müdafiə naziri Naftali Bennet İordan çayının Qərb sahili bölgəsində yerləşən Hevron şəhərində yeni yəhudi yaşayış məntəqələrinin inşası ilə bağlı müvafiq tapşırıq verib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Hevron şəhəri fələstinlərlər və yəhudilər arasında bölünüb və münaqişənin hazırkı gərginliyi dövründə əsas “qaynar nöqtə”lərdən biri hesab edilir.

Nazir müvafiq bildirişin şəhərin ərəb bələdiyyəsinə göndərilməsi ilə bağlı da göstəriş verib.

Yeni yaşayış massivi 1990-cı illərin ortalarında bağlanan bazarın yerində tikiləcək. 

Qeyd olunub ki, ərəb əhalisinin evlərin birinci mərtəbələrində yaşamaq hüquqları qorunacaq. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti