Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın hazırlanması üçün redaksiya yaradılıb

2-12-2019, 12:37
Oxunub: 50
Bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib


Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın hazırlanması üçün redaksiya yaradılıb.

Bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Spiker qeyd edib ki, redaksiya heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Əli Hüseynli, Fəzail İbrahimli, Sahibə Qafarova, Səməd Seyidov daxildir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti