Azərbaycanda talassemiya xəstələrinin sayı 5 dəfədən çox artıb

2-12-2019, 09:58
Oxunub: 46
Ötən il qeydiyyatda olan talassemiya xəstələrinin 2 046-sı 17 yaşa qədər uşaqlar olub


Son 13 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı artıb.

Ötən il ölkədəki talassemiya xəstələrinin sayı 2017-ci illə müqayisədə azalsa da, ümumilikdə son 13 il ərzində göstərici 5 dəfədən çox artıb.

2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı 3 700 olub.

Bu say 2017-ci ildə 3 835, 2015-ci ildə 2 593, 2010-cu ildə 1 650, 2005-ci ildə 656 nəfər təşkil edib.

Ötən il qeydiyyatda olan talassemiya xəstələrinin 2 046-sı 17 yaşa qədər uşaqlar olub.
 
2018-ci ildə ölkədə 418 nəfərə ilk dәfә şəkərli talassemiya diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 302 olub.

Keçən il ilk dəfə talassemiya diaqnozu qoyulmuş xəstələrin 232-si 17 yaşa qədər uşaqlardır.

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 7,8-nə ilk dəfə talassemiya diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu göstərici 37,5-ə yüksəlib. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti