Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb, 659 nəfər yaralanıb

27-11-2019, 10:38
Oxunub: 58
Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ olub


Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Bu barədə "Faktor" məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində 659 nəfər xəsarət alıb. 

***
Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə “France Presse” agentliyi ölkənin müdafiə nazirliyinə istinadən məlumat yayıb.

Daha əvvəl "Exit" portalı 16 nəfərin öldüyü və 600 yaralının olması barədə məlumat yayıb.

Qeyd olunub ki, 43 nəfər dağıntılar altından çıxarılıb.

Zəlzələdən sonra ölkənin paytaxtı Tirana və Durresa şəhərlərində 500-dən çox bina dağılıb. 

***
Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə yerli “Top channel” telekanalı məlumat yayıb.

Albaniyanın səhiyyə və sosial müdafiə naziri Oqerta Manasturlu bildirib ki, zəlzələdən sonra ölkənin Tirana, Durresa, Krui və Leji şəhərlərindəki xəstəxanalara tibbi yardımla bağlı 600-dən çox insan müraciət edib.

Məlumata görə, ölənlərdən 2-nin meyiti Qolem rayonunda, biri yetkinlik yaşına çatmayan qız olmaqla 3 nəfərin meyiti Durresdə dağıntılar altından çıxarılıb. Tuman şəhərində 2 nəfər ölüb, 1 nəfər isə özünü eyvandan ataraq hadisə yerində həyatını itirib.

Qeyd edək ki, Bosniya və Hersoqovinada da 5,4 bal gücündə zəlzələ olub.

Şimali Makedoniya, Monteneqro, Serbiya və Kosovo rəhbərliyi xilasedicilər, texnika ilə yardım etməyə hazır olduqlarını bildiriblər.

***

Albaniyanın paytaxtı Tirana ətrafında baş verən zəlzələ nəticəsində azı 5 nəfər ölüb, 150 nəfər yaralanıb.

Məlumatı Albaniyanın Müdafiə Nazirliyi yayıb.

Bu, son 30 ildə ölkədə qeydə alınan ən güclü zəlzələdir. 

Məlumata görə, ölən və yaralananların sayının artacağı ehtimal edilir. Zəlzələ baş verən ərazidə bir neçə ev də uçub. Dağıntılar altında qalanlar var. 

Xilasetmə əməliyyatı davam edir.

*** 

Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ olub.

Məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Yeraltı təkanlar Şicak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub. 

Təbiət hadisəsi nəticəsində ölən, xəsarət alan və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti