Bakının Baş Planının layihəsi gələn il hökumətə təqdim olunacaq

27-11-2019, 16:43
Oxunub: 55
"Bakının Baş Planın hazırlanması ilə bağlı 4 əsas prioritet qəbul olunub"


"Bakının Baş Planın hazırlanması ilə bağlı 4 əsas prioritet qəbul olunub".

Bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, əsas istiqamətlərdən biri Bakının çoxmərkəzli şəhər olması ilə bağlı  yanaşmadır: "Bunun da məqsədi Bakının mərkəzinə olan yükü azaltmaqdır. Bu gün tarixi mərkəzlə yanaşı, ənənəvi mərkəz də var. Yanaşmalar əlavə və alt mərkəzlərin yaradılmasını nəzərdə tutur. Bu gün Bakının bir tarixi mərkəzi mövcuddur. Əsas priotitet istiqamətlərdən biri Bakını tarixi irsi nəzərə almaqla inkişaf etdirməkdir".
Komitə sədrinin müavini bildirib ki, Bakının Baş Planının hazırlanması ilə bağlı digər yanaşma nəqliyyat infrastrukturu ilə bağlıdır: "Metro gündəlik həyatımızda çox əhəmiyyətlidir. Səmərəli iş nəticəsində irəli sürülən təkliflər əsasında stansiyaların sayı, onların açılma ardıcıllığında prioritetləşdirmə apardıq”.

Anar Quliyev bildirib ki, əsas priotitetlərdən biri dayanıqlı inkişafı təmin etmək üçün Bakıda bir qədər çirklənmiş ərazilərin sağlamlaşdırılmasıdır: "Digər bir istiqamət isə Bakının yeni sənaye sahələrinin müəyyənləşdirilməsi, onların inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsidir". Komitə sədrinin müavini bildirib ki, Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək: "Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq". (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti