Ilham Əliyev Albaniya Prezidentinə başsağlığı verdi

27-11-2019, 17:32
Oxunub: 308
Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya başsağlığı verib


Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti