Hindistanda əlverişsiz havaların fəsadları açıqlanıb

19-11-2019, 21:48
Oxunub: 159
Bu barədə parlamentin sorğusuna cavab verən hökumətin dövlət naziri Şri Nityanand Rai bildirib


Hindistanda cari ilin musson mövsümündə əlverişsiz havalar səbəbindən 2391 nəfər ölüb, 800 mindən artıq yaşayış evi zədələnib.

Report NDTV-yə istinadən xəbər verir ki, bu barədə parlamentin sorğusuna cavab verən hökumətin dövlət naziri Şri Nityanand Rai bildirib.

“Ştatlar və müttəfiq bölgələrdən əldə etdiyimiz məlumatlara görə, daşqınlar, leysan yağışları, torpaq sürüşmələri nəticəsində 2391 nəfər və 15729 baş iri mal-qara ölüb, 800067 ev zədələnib, 6,4 milyon hektar əkin sahələrinə ziyan dəyib” - deyə nazir qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti