Filippində qasırğa ilə bağlı təxliyyə tədbirləri görülür

19-11-2019, 19:14
Oxunub: 163
Kaqayan əyalətinin 11 şəhərində təxliyyə məntəqələri açılıb


Filippinin şimalına “Ramon” (“Kalmaegi”) tropik qasırğasının gəlməsi ilə bağlı azı 5400 sakinin təxliyyə olunduğu bildirilir.

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, aidiyyətli qurumların məlumatına görə, Kaqayan əyalətinin 11 şəhərində təxliyyə məntəqələri açılıb, eyni zamanda bütün təhsil müəssisələrində dərslər dayandırılıb.

Həmçinin Santa Anna və Qonzaqa bələdiyyələrində elektrik təchizatı da dayandırılıb. Allakapan bələdiyyəsi ərazisində torpaq sürüşmələri üzündən yollar yararsız vəziyyətə düşüb. İlaqan şəhərində körpülərdən biri su altında qalıb.

Qeyd edək ki, “Ramon” tropik qasırğası leysan yağışları və 120 kilometrədək fırtına ilə son günlər ölkənin şimalında ikinci qasırğadır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti