İspaniya Ali Məhkəməsi Puçdemonun həbsi üçün yeni qərar çıxarıb

14-10-2019, 17:10
Oxunub: 89
Sənəddə göstərilib ki, Puçdemon üsyana təkid etmə və mənimsəmə maddələri ilə cinayət törədib


İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemonla bağlı yeni beynəlxalq və Avropa həbs qərarı verib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarında deyilir.

Sənəddə göstərilib ki, Puçdemon üsyana təkid etmə və mənimsəmə maddələri ilə cinayət törədib.

Xatırladaq ki, K.Puçdemon 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən referendumdan sonra İspaniyadan Belçikaya qaçıb.

Daha əvvəl İspaniya Ali Məhkəməsi Kataloniya separatçılarının rəhbərlərinin 13 ilə qədər müxtəlif həbs cəzalarına məhkum edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti