Rusiya ilə Səudiyyə Ərəbistanı OPEC+ xartiyasını imzalayacaqlar

14-10-2019, 14:44
Oxunub: 151
"Ölkələrimiz arasında uzun müddətli əməkdaşlığı, müştərək hədəflərimizi ehtiva edən bu sənəd bu gün imzalanacaq"


Rusiya ilə Səudiyyə Ərəbistanı iyul ayında imzalanmış OPEC+ uzunmüddətli əməkdaşlıq xartiyasını oktyabrın 14-də imzalayacaqlar.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Səudiyyə Ərəbistanına dövlət səfəri çərçivəsində keçirilən ikitərəfli sərmayə forumundakı çıxışında Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

“Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə Rusiya Federasiyasında OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlıq xartiyası hazırlanaraq bu ilin yayında nazirlərin Vyanadakı altıncı görüşündə qəbul olunub. Ölkələrimiz arasında uzun müddətli əməkdaşlığı, müştərək hədəflərimizi ehtiva edən bu sənəd bu gün imzalanacaq. Söhbət təkcə bazarın tarazlığı üçün hasilatın dəyişdirilməsindəki qarşılıqlı fəaliyyətdən yox, ilk növbədə bu sahədə iki və çoxtərəfli formatdakı birgə əməkdaşlığımıza əsaslanan daha geniş qarşılıqlı fəaliyyətdən gedir” – deyə rusiyalı nazir qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti