Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

14-10-2019, 14:23
Oxunub: 59
Vida mərasimi saat 15:00-dək davam edəcək


Bakı Dövlət Universitetində (BDU) mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

Report xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Vida mərasimi saat 15:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev oktyabrın 13-də axşam saatlarında 77 yaşında vəfat edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti