Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə görüşüb

14-10-2019, 13:44
Oxunub: 59
İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd edilib


Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb. 

XİN-dən Etatist.com-a verilən məlumata görə, görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 7-ci iclası çərçivəsində baş tutub.  

Nazirlər Azərbaycan və Qazaxıstan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını qeyd ediblər. Həmçinin ticarətin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. 

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın daxili işlər naziri Yerlan Turqumbayev “2 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti