Azərbaycan vətəndaşlarının Qazaxıstanda qeydiyyatsız qalma müddəti artırılıb

14-10-2019, 13:35
Oxunub: 64
Dəyişikliklər müvafiq ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək


Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb.

Report xəbər verir ki, müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl imzalanıb.

Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb.

Razılaşmaya əsasən Qazaxıstan və Azərbaycan vətəndaşlarının müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddəti 30 gündən 90 günə qədər artırılır, həmçinin həmin vətəndaşların 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edir.

Dəyişikliklər müvafiq ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti