İngiltərə Bankı 20 funt-sterlinqlik yeni polimer əskinas təqdim edib

12-10-2019, 13:47
Oxunub: 77
Yeni pullar ən müasir mühafizə elementləri ilə təchiz edilib


İngiltərə Bankının (Mərkəzi Bank) sədri Mark Karni rəhbərlik etdiyi qurumun yeni, polimer materialdan hazırlanmış 20 funt-sterlinqlik banknotunu təqdim edib.

Report bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Üzərində britaniyalı rəssam Uilyam Terenerin şəkli olan yeni əskinas 2020-ci ilin fevral ayından tədavülə buraxılacaq.

Yeni pullar ən müasir mühafizə elementləri ilə təchiz edilib və bu baxımdan hazırda tədavüldə olan analoqlarını üstələyir. Bundan başqa, polimer əskinaslar kağız əskinaslardan 2,5 dəfə daha çox istifadə edilə bilər və ətraf mühitə daha az ziyan vurur. Kağızdan hazırlanmış 20 funt-sterlinqlik əskinasların isə tədricən tədavüldən çıxarılması nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl İngiltərənin tənzimləyici qurumu 5 və 10 funt-sterlinqlik polimer pulları dövriyyəyə buraxıb. 2021-ci ildə isə 50 funt-sterlinqlik polimer banknotların tədavülə buraxılması planlaşdırılır. Onun üzərində isə britaniyalı riyaziyyatçı Alan Tyurinqin şəkli olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti