"Visa" və "MasterCard" "Libra" layihəsini tərk edib

12-10-2019, 12:26
Oxunub: 61
"Təzyiq güclü idi və mən "Libra"ya aid normativ aydınlıq ortaya çıxana qədər onların gözləmək seçiminə hörmət edirəm"


Beynəlxalq kart təşkilatları - "MasterCard" və "Visa", eləcə də internet üzərindən ticarət nəhəngi - "eBay" "Facebook" sosial şəbəkəsinin "Libra" adlı kriptovalyutasının yaradılmasını nəzərdə tutan layihəni tərk edib. 

Bu barədə Report Rusiya mətbuatına istinadən xəbər verir. 

"Visa" və "MasterCard" qərarlarını başqa layihələrə diqqət yönəltmək istəyi ilə izah edib. Bununla yanaşı, "Visa" bəyan edib ki, layihə ilə bağlı araşdırma aparmaqda davam edəcəklər. "eBay" isə qərarını şərh etməyib. 

"Təzyiq güclü idi və mən "Libra"ya aid normativ aydınlıq ortaya çıxana qədər onların gözləmək seçiminə hörmət edirəm", - "Libra"nın həmtəsisçisi Devid Markus bildirib.

Biznesmen onu da qeyd edib ki, hazırda kriptovalyutanın taleyi haqqında danışmaq çətindir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti