Aİ və Britaniya "Brexit" üzrə danışıqları intensivləşdirməklə bağlı razılıq əldə ediblər

11-10-2019, 18:35
Oxunub: 66
Britaniya Aİ-ni oktyabrın 31-də tərk etməlidir


Avropa İttifaqı və Böyük Britaniya "Brexit"dən sonra İrlandiya sərhədi məsələsi üzrə razılığa gəlmək üçün yaxın günlərdə danışıqları intensivləşdirmək barədə razılığa gəliblər.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

"Avropa Komissiyasının "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnye bu gün səhər Böyük Britaniyanın Aİ-dən çıxış üzrə naziri Stiven Barkli ilə konstruktiv görüş keçirib... Aİ və Britaniya yaxın günlərdə müzakirələri intensivləşdirməklə bağlı razılıq əldə ediblər", - bəyanatda deyilir.

Daha əvvəl Avropa Şurasının rəhbəri Donald Tuskun da söylədiyi kimi, Aİ dövlət başçılarının qarşıdakı sammitində razılıq əldə edilməsi şansı qalır. Bu zirvə görüşünün oktyabrın 17-18-də keçirilməsi planlaşdırılır.

Britaniya Aİ-ni oktyabrın 31-də tərk etməlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti