Bakıda Meksika səfirinin sürdüyü avtomobil qəzaya düşüb

11-10-2019, 16:50
Oxunub: 122
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib


Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.

Report-un xəbərinə görə, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, 58 yaşlı səfirin sürdüyü BMW markalı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti