Yaponiyaya doğru güclü tayfun hərəkət edir

11-10-2019, 13:18
Oxunub: 53
Bir sutkadan sonra təbii fəlakətin Tohoku regionuna, şimal-şərqə doğru hərəkət edəcəyi gözlənilir


Güclü "Haqibis" tayfunu Yaponiyaya doğru hərəkət edir.

O, gücünə görə 1958-ci ildə ölkəni cənginə almış və 1200-dən çox insanın ölümü ilə nəticələnmiş "İda" tayfunu ilə müqayisə olunur.

Mövcud məlumata görə, "Haqibis" oktyabrın 11-də Tokay və ya Kanto regionuna çatacaq. Bunun axşam saatlarında baş verəcəyi bildirilir.

Bir sutkadan sonra təbii fəlakətin Tohoku regionuna, şimal-şərqə doğru hərəkət edəcəyi gözlənilir.

Sinoptiklərin bildirdiyinə görə, tayfun özü ilə güclü külək və rekord miqdarda yağış gətirəcək. Bununla əlaqədar meteoroloqlar fırtına, torpaq sürüşməsi, eləcə də daşqın təhlükəsi barədə xəbərdarlıq edirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti