Bakıda türkdilli dövlətlərin inkişaf agentliklərinə həsr olunmuş konfrans keçirilib

11-10-2019, 15:39
Oxunub: 116
Konfrans Türk Şurasının dəstəyi ilə Türkdilli Dövlətlərin Başçılarının VII Zirvə toplantısı çərçivəsində keçirilir


Bakıda ADA Universitetində "Türkdilli dövlətlərin inkişafı üzrə rəsmi agentliklərinin beynəlxalq yardım sisteminə inteqrasiyasının stimullaşdırılması" mövzusunda konfrans keçirilib.

Konfrans Türk Şurasının dəstəyi ilə Türkdilli Dövlətlərin Başçılarının VII Zirvə toplantısı çərçivəsində keçirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişaf Agentliyi (AİDA), BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə türkdilli dövlətlərin rəsmi agentliklərinin nümayəndələri, habelə beynəlxalq və ixtisaslaşmış regional təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Konfransın əsas məqsədi türkdilli ölkələrin agentliklərinin humanitar imkanlarını nümayiş etdirmək, problemlərin və onların həll perspektivlərini müzakirə etmək, işçi qrupunda inkişafa yardım agentlikləri və beynəlxalq strukturlar arasında yeni platforma yaratmaqdır.

Tədbirdə BMT İnkişaf Proqramının rəhbəri Alessandro Frakasseti, AİDA nümayəndəsi Etibar Kərimov və Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov iştirak ediblər. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti