1185 nəfərin tikintidə qanunsuz işlədildiyi aşkarlanıb

11-10-2019, 12:59
Oxunub: 50
"Monitorinqdə ümumilikdə 6120 nəfər yoxlanılıb"


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən monitorinqlərin sayı açıqlanıb.

Qurumun səyyar monitorinqlərinin 2 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında Mərkəzin müdir müavini Murad Fətullayev deyib ki, indiyədək 158 monitorinq həyata keçirilib: "Monitorinqdə ümumilikdə 6120 nəfər yoxlanılıb. Bu şəxslərdən 1185 nəfərin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Monitorinq edilmiş işəgötürənlərin sayı 300 olub. Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,4 faiz təşkil edib''. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti