İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb

11-10-2019, 15:01
Oxunub: 76
Qəza nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb


İraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Qəza nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Zəvvarların olduğu avtobus İranın Mehran şəhəri yaxınlığındakı nəzarət məntəqəsindən keçərək İraqa daxil olub. Hadisə sərhəd yaxınlığında baş verib. Qəzanın dəqiq yeri barədə məlumat verilmir.

Qeyd edək ki, hər il minlərlə zəvvar "Ərbəin" günü ilə əlaqədar İraqın Kərbəla şəhərinə səfər edir. Bu il "Ərbəin" günü oktyabrın 19-na təsadüf edir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti