İran tankeri raket hücumuna məruz qalıb

11-10-2019, 12:14
Oxunub: 56
İran Milli Neft Şirkətinə məxsus "Sinopa" tankerində partlayış olub


İranın Qırmızı dənizdə göyərtəsində partlayışlar baş verən və yanğın çıxan tankerinin iki raketin hücumuna məruz qaldığı ehtimal edilir.

Bu barədə Milli İran Neft Şirkəti (NIOC) dövlət korporasiyasının tankerinin sahibi bildirib.

Şirkətdən verilən məlumata görə, tankerdə təxminən 20 dəqiqə fasilə ilə (6:00 və 6:20) iki partlayış olub və onların səbəbi, ehtimal ki, raket hücumlarıdır. Hadisə Səudiyyə Ərəbistanının Ciddə limanından, təxminən, 96 km məsafədə baş verib.

Partlayışdan sonra gəminin göyərtəsində yanğın olub və neft sızması başlayıb.

Şirkətdən bildirilib ki, hadisə zamanı ekipaj üzvlərindən heç kim xəsarət almayıb və hazırda bütün dənizçilər təhlükəsiz ərazidədir.

Eyni zamanda, tankerin hazırda sabit vəziyyətdə olduğu da vurğulanıb.

*** 

İran Milli Neft Şirkətinə məxsus "Sinopa" tankerində partlayış olub.

Hadisə tankerin Səudiyyə Ərəbistanının Ciddə limanının yaxınlığından keçdiyi zaman baş verib.  

Partlayışdan sonra tankerdəki neft Qırmızı dənizə sızıb. 

İranın İSNA agentliyinin məlumatına görə, neft tankerində meydana gələn partlayış terror aktı ola bilər. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti