Bu ilin sonuna qədər Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xətti istifadəyə veriləcək

11-10-2019, 11:36
Oxunub: 68
Bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib


Azərbaycan Dəmir Yolları QSC bu ilin sonuna qədər Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttini istifadəyə verməyi planlaşdırır.

"Bakı sərnişin stansiyasından başlayan, Biləcəri, Xırdalan, Sumqayıt, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov, Koroğlu, Keşlə, Nərimanov stansiyalarından keçməklə yenidən 28 mayda başa çatan yolun açılışını edəcəyik. Bu yolda bəzi çatışmazlıqlar var idi, mən ölkə prezidentinə müraciət etdim və onlar aradan qaldırıldı. Həmin dairəvi yolun uzunluğu 92 km-dir. İkitərəfli hesablasaq 180-185 km, əlavə yollarla birlikdə isə 205 km edir. Bu yolda qatarların hərəkətini daha sürətli etmək istəyirik. Yəni, sürət 120 km/saat deyil, 140 km/saat olsun. Odur ki, yolun üzərindəki bütün birsəviyyəli kəsişmələri konfliktsiz kəsişmələrə keçirmişik. Ümumilikdə 14 tunel tikmişik, yolların ətrafında çəpərlər çəkilir. Həmçinin 24 yerüstü keçid inşa etmişik. Hələ bir neçəsini də inşa etməli olacağıq. Bundan əlavə Sumqayıtdan Xırdalana tərəf çıxanda orada məcburi köçkünlərin yaşadığı yerlər var ki, orada da bir neçə tunelin və kanal üzərindən körpünün tikintisini də davam etdirəcəyik", - deyə o, qeyd edib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti