İsveçrə Kantonlar Şurasının sədri Qadın Resurs Mərkəzində olub

10-10-2019, 18:21
Oxunub: 67
"Buradakı qadınların həyatının nə qədər dəyişdiyini əyani görürük"


"Qadınların ictimai həyatda fəal iştirak etməsi və maliyyə müstəqilliyi böyük əhəmiyyət kəsb edir".

Report xəbər verir ki, bunu İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene Furniye Bakıda Qadın Resurs Mərkəzi ilə tanışlıq zamanı deyib.

“Qadınların təhsil alması, məlumatlı olması, təlim görməsi, iqtisadi həyatda fəal olmaları cəmiyyətin inkişafı baxımdan müstəsna töhfədir”, - deyə qonaq qeyd edib.

BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alessandro Frakkasetti də qadın işsizliyinə qarşı mübarizəyə tərəfdaşların cəlb olunmasının zərurətindən danışıb: “Buradakı qadınların həyatının nə qədər dəyişdiyini əyani görürük. Öz iş sahibi olan, çoxlu yeni tanışlıqlar qazanan bu qadınlar başqalarını da onlardan nümunə götürməyə sövq edir. Fikrimcə, məhz bu cür fəaliyyətlər uğurlu inkişaf dediyimiz hadisənin özəyidir”.

Qeyd edək ki, 2018-2021-ci illər ərzində həyata keçiriləcək "Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" proqramı aztəminatlı ailələrdən olan, yaxşı işə düzəlmək üçün müvafiq təhsil almamış qadınlara sahibkarlıq fəaliyyətinə başlamaq və ya onu inkişaf etdirməkdə kömək etməyi nəzərdə tutur. Layihənin ümumi büdcəsi 637 min dollardır və indiyədək bunun 192 min dolları xərclənib.

Xatırladaq ki, Qadın Resurs Mərkəzi Azərbaycan hökuməti ilə BMT İnkişaf Proqramının (BMTİP) birgə layihəsi çərçivəsində İsveçrə hökumətinin maliyyə dəstəyi ilə açılmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti