Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir

10-10-2019, 13:42
Oxunub: 39
MDB XİNŞ iclası dar və geniş tərkibdə keçiriləcək


Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.

Report Türkmənistanın "Orient" agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda iştirak edir.

Toplantıdan əvvəl Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov MDB ölkələrindən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.

MDB XİNŞ iclası dar və geniş tərkibdə keçiriləcək. Orada əməkdaşlığın inkişafına dair 10 sənədə baxılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti