“Azərbaycan və Gürcüstan güclü iqtisadi tərəfdaşdırlar”

10-10-2019, 13:09
Oxunub: 43
"İki ölkənin enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığı beynəlxalq əhəmiyyət kəsb edir"


“Azərbaycan və Gürcüstan güclü iqtisadi tərəfdaşdırlar”.

Report-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

O deyib ki, iki ölkənin enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığı beynəlxalq əhəmiyyət kəsb edir.

G.Qaxaria qeyd edib ki, Azərbayacana rəsmi səfəri çərçivəsində ticarət, nəqliyyat, qarşılıqlı investisiyalar və digər əhəmiyyətli sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub: “Əməkdaşlıq effektiv, məhsuldar olmalı və ölkələrimizin maraqlarına əsaslanmalıdır. Regionda baş verən hadisələr fonunda iki ölkə arasında effektiv əməkdaşlıq sülh, sabitlik və təhlükəsizliyin təmin olunması baxımından müstəsnə əhəmiyyət kəsb edir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti