Həsən Ruhani Türkiyəni Suriyanın şimalında hərbi əməliyyatlardan çəkinməyə çağırıb

9-10-2019, 15:18
Oxunub: 86
Həsən Ruhani Türkiyənin cənubunda və Suriyanın şimalında təhlükəsizliyin təmin olunması üçün yeganə həll yolunun Suriya ordusu olduğunu deyib


İran Prezidenti Həsən Ruhani Türkiyəni təmkinli olmağa və Suriyanın şimalında hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

Həsən Ruhani Türkiyənin cənubunda və Suriyanın şimalında təhlükəsizliyin təmin olunması üçün yeganə həll yolunun Suriya ordusu olduğunu deyib.

"Türkiyənin sərhədlərindəki təhlükəsizliklə bağlı narahatlığını başa düşürük. İnanırıq ki, bu narahatlıqların aradan qaldırılması üçün düzgün bir yol qəbul edilməlidir. Biz dost və qardaş qonşumuz Türkiyəni təmkinli davranmağa, qərarını yenidən nəzərdən keçirməyə çağırırıq. Suriyadakı kürdlər Suriya ordusuna dəstək verməlidir", - deyə İran Prezidenti bildirib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti