Bu gün 4 rayonda qaz olmayacaq

9-10-2019, 17:20
Oxunub: 74
Yevlax rayon mərkəzinin bir hissəsi və bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq


Oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin "Ərəblinka" orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Azəriqaz İstehsalat Birliyindən  verilən məlumata görə, saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu gün saat 10:00-dan Qaz İxrac İdarəsinin "Qarabağ" ölçü qovşağı üzrə aşkarlanan qaz sızmalarının aradan qaldırılmasına başlayıb. Bu müddət ərzində Yevlax rayon mərkəzinin bir hissəsi və bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti