"Dünya iqtisadiyyatının artımı 2021-ci ilə qədər sabitləşəcək"

9-10-2019, 12:05
Oxunub: 40
2020-ci ildə artımın 2,5% olacağı proqnozlaşdırılır və bu, iyun ayında dərc edilən proqnozdan 0,2 faiz bəndi azdır


Dünya Bankı 2019-cu il üçün dünya iqtisadiyyatının artımına dair proqnozunu 2,6%-dən 2,5%-ə endirib.

2019-cu ildə qlobal iqtisadi artımın zəifləməsi qeyri-müəyyən iqtisadi siyasət və qlobal investisiya və ticarət axınının azalması fonunda davam edib.

2019-cu ilin iyununda qlobal iqtisadi artımın bu il 2,6% - 2016-cı ildən bəri ən aşağı səviyyədə olacağını proqnozlaşdıran Dünya Bankı bir sıra risklərin ortaya çıxması, o cümlədən ən böyük iqtisadiyyatlar arasında ticarətdə gərginliyin yenidən başlaması ilə əlaqədar proqnozu bir qədər də aşağı salıb.

2020-ci ildə artımın 2,5% olacağı proqnozlaşdırılır və bu, iyun ayında dərc edilən proqnozdan 0,2 faiz bəndi azdır.

Dünya Bankının iqtisadçılarının fikrincə, iqtisadiyyatda heç bir böyük şok olmayacağı təqdirdə, habelə əvvəllər maliyyə bazarlarının təzyiqinə məruz qalan inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatların bərpası halında artım 2021-ci ilədək sabitləşəcək və 2,6%-ə çatacaq (daha əvvəl 2,8% olacağı gözlənilirdi).

"2019-cu ildə Avropa və Mərkəzi Asiyanın bazarları formalaşmaqda olan və iqtisadiyyatları inkişaf etməkdə olan ölkələrində artımın 1,8%-dək yavaşlayaraq (2018-ci ildə 3,2% olub) son dörd ildə ən aşağı səviyyəyə çatacağı gözlənilir. Eyni zamanda, 2020-2021-ci illərdə Türkiyə iqtisadiyyatının bərpası və Rusiyadakı vəziyyətin yaxşılaşması ilə artım tempinin yüksələcəyi proqnozlaşdırılır", - iqtisadçılar əlavə ediblər. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti