Xəzərdə iki dəfə zəlzələ olub

9-10-2019, 11:19
Oxunub: 62
Yeraltı təkanın maqnitudası 4.4, dərinliyi 20 km olub


Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla 09:33-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 8 km olub.

Daha əvvəl isə yerli vaxtla 07:06-da Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.4, dərinliyi 20 km olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti