BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri işdən çıxarılıb

9-10-2019, 13:58
Oxunub: 49
İclasda komitənin sədri vəzifəsinə seçkilər keçirilib


Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirilib.

Rektor Elçin Babayevin və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadənin də iştirak etdiyi iclasda Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev hesabat xarakterli çıxış edib.

HİK İdarə Heyətinin üzvləri və fakültə sədrləri hesabata münasibət bildiriblər.

İclasda komitənin sədri vəzifəsinə seçkilər keçirilib. 

Fizika fakültəsinin dekan müavini, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti