İran ordusu Türkiyə-İraq sərhədində hərbi təlimlər keçirir

9-10-2019, 13:48
Oxunub: 41
Bu barədə İran ordusuna aid sayt məlumat yayıb


İran Silahlı Qüvvələri Türkiyə-İraq sərhədboyunda hərbi təlimlərə başlayıb.

Bu barədə İran ordusuna aid sayt məlumat yayıb.

Təlimlər Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri yaxınlığında Quru Qoşunları komandanlığı altında “Bir hədəf, bir güllə” şüarı ilə keçirilir.

Təlimlərin keçiriləcəyi əvvəlcədən elan edilməyib. Təlimlərə İran Silahlı Qüvvələrinin baş komandanı general Əbdülrəhim Musəvi də qatılıb.

Məlumata görə, təlimlərdə aviasiya da iştirak edir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti