Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə 10 973 müraciət araşdırıb

8-10-2019, 15:19
Oxunub: 43
Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib


2019-cu ilin ötən doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olan 6312 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilən 4661 məktub  araşdırılaraq cavablandırılıb.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, müraciətlər daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub.

Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb. Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntularının 45 faizini əmək haqlarının ödənilməməsi və işçilərin məzuniyyət hüquqlarının pozulması, 34 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerin yetirilməməsi, 21 faizini isə digər hallar təşkil edib. 

Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması müəyyən müddət tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.

Törədilmiş inzibati xətalara görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək qanunvericiliyə uyğun qaydada və məbləğlərdə inzibati cərimələr tətbiq olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti