Fizika üzrə Nobel mükafatının sahibləri açıqlanıb

8-10-2019, 15:02
Oxunub: 184
Mükafatların təqdimat mərasimi Stokholmda dekabrın 10-da keçiriləcək


Cari ildə fizika üzrə Nobel mükafatının sahibləri açıqlanıb.

Report İsveç Kral Elmlər Aklademiyasına istinadən xəbər verir ki, Nobel Mükafatı Komitəsinin qərarı ilə builki mükafatın bir yarısı fiziki kosmoqoniya sahəsində nəzəri kəşflərinə görə Prinston Universitetinin professoru Ceyms Pibls, digər yarısı da Günəş tipli ulduzun ətrafındakı kənar planet orbitinə dair kəşfə görə Cenevrə Universitetinin professoru Mişel Mayor və həmin ali təhsil müəssisəsinin, habelə Kembricdəki Kavendiş laboratoriyasının tədqiqatçısı Didye Kueloz layiq görülüblər.

Qeyd edək ki, mükafatların təqdimat mərasimi Stokholmda Alfred Nobelin (1833-1896) vəfat etdiyi gün olan dekabrın 10-da keçiriləcək.

Bu il Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu (900 min ABŞ dolları) təşkil edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti