Türkiyə və Rusiya XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər

8-10-2019, 17:45
Oxunub: 47
Nazirlər Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirməyə hazırlaşdığı anti-terror əməliyyatını müzakirə ediblər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Report xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, nazirlər Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirməyə hazırlaşdığı anti-terror əməliyyatını müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 7-də S.Lavrov İraqın şimalında səfərdə olub, kürd yerli hökumətinin başçıları ilə Suriyadakı vəziyyəti müzakirə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti