Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşünün vaxtı bilinib

7-10-2019, 18:41
Oxunub: 41
Üçtərəfli görüş oktyabrın 16–da Tbilisi şəhərində keçiriləcək


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı bilinib.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının növbəti üçtərəfli görüşü oktyabrın 16–da Tbilisi şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşü ötən ilin oktyabr ayında İstanbulda baş tutub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti