Təhsil Naziri vətəndaşları qəbul edəcək

18-06-2013, 15:23
Oxunub: 918


Təhsil naziri Şamaxıda 4 rayondan olan vətəndaşları qəbul edəcək.

Etatist.com
-un Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 22 iyun 2013-cü il tarixində saat 10:30-da təhsil naziri Mikayıl Cabbarov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti