Rusiya 2020-ci il üçün miqrantların işləmə kvotalarını müəyyənləşdirib

7-10-2019, 16:51
Oxunub: 62
Müvafiq qərar Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub


Rusiya hökuməti 2020-ci il üçün iqtisadiyyatın müxtəlif sahələrində xarici vətəndaşların işlə təmin edilməsi üzrə icazə verilən kvotanı təsdiqləyib.

Müvafiq qərar Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub.

Qərara əsasən, quruda sərnişin nəqliyyatı və avtomobil yükdaşıma nəqliyyatı sahələrində miqrantların icazə verilən payı 26%, idman sahəsində isə 25% olmalıdır.

Tərəvəz yetişdirmə sahəsində Rusiyanın bütün bölgələri üzrə miqrantların payı 50%-dən çox olmamalıdır.

Bundan əlavə, hökumət tikinti sənayesində miqrantların məqbul payını işçilərin ümumi sayının 80%-i səviyyəsində saxlayıb.

Ancaq bu norma Buryatiya, Amur vilayəti və Moskva ərazisində tətbiq edilməyəcək, Dağıstan ərazisində isə 50% təşkil edəcək. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti