ABŞ Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyata dəstək verməyəcək

7-10-2019, 09:34
Oxunub: 39
Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra Ağ Evin yaydığı press-relizdə bildirilir


ABŞ-ın silahlı qüvvələri Türkiyənin Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatda iştirak etməyəcək.

Bu barədə ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra Ağ Evin yaydığı press-relizdə bildirilir. 

"Türkiyə tezliklə Suriyanın şimalında özünün çoxdan planlaşdırılmış əməliyyatına başlayacaq. ABŞ-ın silahlı qüvvələri bu əməliyyatı dəstəkləməyəcək və ya əməliyyatda iştirak etməyəcək, Birləşmiş Ştatların yerli İŞİD "xilafət"inə qalib gəlmiş hərbi qüvvələri daha bilavasitə yaxın olmayacaq", - deyə ABŞ Prezidenti Administrasiyası tərəfindən yayılmış xəbərdə bildirilir.

Xəbərdə qeyd edilir ki, indi Türkiyə Birləşmiş Ştatlar tərəfindən terror qruplaşmasının məhv edilməsindən sonra son iki il ərzində əsir götürülmüş İŞİD döyüşçüləri üçün məsuliyyət daşıyacaq. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti