Bazar gününə olan hava proqnozu

5-10-2019, 15:29
Oxunub: 60
Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq


Azərbaycanda oktyabrın 6-na, bazar gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 16-19° isti, gündüz 24-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Tibbi-meteoroloji proqnoz görə, oktyabrın 6-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti