Ədliyyə naziri Füzulidə vətəndaşları qəbul edəcək

5-10-2019, 16:53
Oxunub: 68
Qəbul Füzuli rayonu Muğam Mərkəzində keçiriləcək


Ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunda vətəndaş qəbulu keçirəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Etatist.com-a bildiriblər ki, Füzuli rayonu Muğam Mərkəzində (ünvan: Füzuli rayonu Horadiz şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək qəbulda Füzuli, Beyləqan və İmişli rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Füzuli rayonu Muğam Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti