Əmək bazarı üzrə işçi qrupun iclası keçirilib

5-10-2019, 13:17
Oxunub: 62
İclas zamanı "Rəqəmsal Təqvim" elektron sistemi barədə məlumatlar təqdim olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, iclasda əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədilə peşə təhsili sisteminin təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı üzrə təhsil proqramlarının keyfiyyətinin və çevikliyinin artırılması, peşə təhsili üzrə ixtisas təsnifatının mütəmadi olaraq yenilənməsi, iş yerində təhsilin davam etdirilməsi məqsədilə fasiləsiz peşə təhsili sisteminin yaradılması, dövlət qurumlarında treyninqlərin keçirilməsinə özəl şirkətlərin cəlb olunması istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi məqsədi ilə müzakirələr aparılıb.

İclas zamanı işçi qrupun üzvlərinə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı ("azranking.az") və "Rəqəmsal Təqvim" elektron sistemi barədə məlumatlar təqdim olunub.

İclasda həmçinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı İşçi qrupunun yeni üzvləri ilə tanışlıq olub, işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və gələcək işlər müzakirə edilib. İşçi qrupunun 2019-cu il üçün fəaliyyət planının 1-ci rüb üzrə hesabatın müzakirəsi keçirilib.

İşçi qrupunun fəaliyyət planı ilə bağlı cari məsələlərin, eləcə də növbəti iclasın gündəliyinə daxil edilməsi üçün təkliflər dinlənilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti