Aİ "vergi cənnətləri"nin siyahısına yenidən baxacaq

4-10-2019, 17:09
Oxunub: 55
İclasda Aİ ilə vergi sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısı yenilənəcək


Oktyabrın 10-da Lüksemburqda Avropa İttifaqının İqtisadi və Maliyyə Məsələləri Şurasının (ECOFIN) iclası keçiriləcək. 

Report xarici mətbuata istinadən xəbər verir ki, iclas İttifaqa üzv olan 28 ölkənin maliyyə nazirlərinin iştirakı ilə baş tutacaq. 

İclasda Aİ ilə vergi sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısı yenilənəcək. İndiyə qədər İttifaqla əməkdaşlıq qaydalarına əməl etməyən Birləşmiş Ərəb Əmirlikləri və Marşall Adalarının "Qara siyahı"dan, İsveçrənin “əməkdaşlıq etməyən” ölkələrin siyahısından çıxarılacağı gözlənilir.

Bundan başqa, vergi tənzimləmələrini Aİ qaydaları ilə uyğunlaşdırmaq barədə öhdəlik götürmüş İsveçrə, Serbiya, Albaniya, Kosta-Rika və Mavritaniya "boz siyahı"dan çıxarılması nəzərdə tutulub. 

2017-ci ildə çoxsaylı şirkət və fiziki şəxslərin offşor hesablardan istifadə edərək vergidən yayındığı ortaya çıxdıqdan sonra Aİ "vergi cənnətləri"nin siyahısını müəyyənləşdirməyə başlayıb. Əgər ittifaqa daxil olan və olmayan hər hansı ölkənin vergi qanunvericiliyi digər ölkədə vergidən yayınmağa imkan verirsə, həmin ölkə "Qara siyahı"ya düşür. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti