Azərbaycanla Bosniya şirkətləri Avropa nəqliyyat dəhlizinin tikintisinə hazırlaşır

4-10-2019, 15:01
Oxunub: 53
24 ay ərzində inşası başa çatdırılacaq Vranduk – Ponirak yolunda üç viaduk, iki körpü, bir tunel olacaq


Azərbaycanın “Azvirt” tikinti şirkətilə Bosniya və Herzeqovinanın “Hering” şirkətinin daxil olduğu konsorsium VC PanAvropa nəqliyyat dəhlizinin adıçəkilən ölkənin ərazisindəki 5,3 kilometrlik hissəsinin inşasına hazırlığa başlayıb.

Report həmin avtomobil yolunun operatoru “Autoceste FbiH” şirkətinə istinadən xəbər verir ki, mayın 15-də şirkət Poprikuşe – Zenitsa sahəsinin Vranduk – Ponirak hissəsinin tikintisinə dair konsorsiumla 65,5 milyon avro məbləğində müqavilə imzalayıb. 24 ay ərzində inşası başa çatdırılacaq Vranduk – Ponirak yolunda üç viaduk, iki körpü, bir tunel olacaq.

Tikinti işlərinə nəzarət üçün Sloveniyanın “DRİ Upravljanije İnvesticij” konsorsiumu və Bosniyanın “Divel” şirkəti cəlb olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti